reklam
Regionxeberlericom.az » Hadisə » Rövşən Lənkəranskinin qardaşı DANIŞDI - "Tam sakitçilikdir"

reklam

Rövşən Lənkəranskinin qardaşı DANIŞDI - "Tam sakitçilikdir"


Türkiyədə qətlə yetirilən qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin restoranında əməliyyat keçirilib.

regionxeberlericom.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fevralın 14-də N.Canıyev və Rövşən Lənkəranskinin yaxın adamları Bakıda yerləşən “Neon” şadlıq sarayında toplanıblar.

Həmin zaman insident yaşanıb və hüquq-mühafizə orqanları əməkdaşları əməliyyat keçirərək oradakı şəxsləri saxlayıblar.

Məlumata görə, sabiq gömrük polkovniki Namiq Canıyevlə birgə təxminən 10 nəfər tutulub. Daha sonra N.Canıyev sərbəst buraxılıb.

Digər şəxslərlə bağlı hazırda araşdırma davam etdirilir.

"Neon" şadlıq sarayının Lənkəranskinin ailəsinə məxsus olduğu bildirilir.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev belə bir əməliyyatın keçirilmədiyini bildirib:

"Tam sakitçilikdir."

DİN-dən isə məsələyə gün ərzində münasibət bildiriləcəyi açıqlanıb.


Paylaş:


Müəllif : Tarix:
19-02-2021, 14:45
Sikayət   


loading...
Загрузка...