reklam
Regionxeberlericom.az » Hadisə » Ucarda koronavirusa qarşı peyvənd olunan 69 yaşlı şəxs komaya düşdü

reklam

Ucarda koronavirusa qarşı peyvənd olunan 69 yaşlı şəxs komaya düşdü



Ucar rayonunda fevralın 13-ü peyvənd olan 1951-ci il təvəllüdlü Vaqif Səməndərov bu gün ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Xəstənin oğlu Elşad Səməndərov açıqlamasında bildirib ki, atası peyvənd olunduqdan sonra halı yavaş-yavaş pisləşməyə başlayıb. O, atasının əvvəl qan təzyiqinin yüksəldiyini, daha sonar isə tədricən vəziyyətinin ağırlaşdığını deyib: “Bu gün isə səhər ayaq üstə olduğu zaman yerə yıxıldı, ayaqları tutulduğu üçün tarazlığını saxlaya bilmədi. Təcili olaraq onu Ucar rayon mərkəzi xəstəxanasına çatdırdıq, lakin heç bir həkim ona yaxın durmaq istəmədi. Baxmayaraq ki, atam kritik vəziyyətdədir, xəstəxanın baş həkimin müavini Xaləddin Qafarov mənə deyir ki, xəstəyə ancaq saat 19.00-dan sonra baxa bilərəm. Atamı gətirəndə danışa bilirdi, indi nitq qabiliyyətini də itirib, bizi eşitmir”.

Məsələ ilə bağlı xəstəxananın baş həkimi Zeynal Bayramlı ilə əlaqə saxlamağa çalışdıq. Onun telefonu bağlı olduğu üçün əlaqəmiz alınmadı.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Elnarə Baxış açıqlamasında bildirib ki, hazırda məsələ araşdırılır, yaxın vaxt ərzində bu haqda məlumat veriləcək


Paylaş:


Müəllif : Tarix:
19-02-2021, 21:41
Sikayət   


loading...
Загрузка...