reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda nənəsini və bibisini öldürən şəxsin işi - Ömürlük həbs cəzası verilə bilər

reklam

Bakıda nənəsini və bibisini öldürən şəxsin işi - Ömürlük həbs cəzası verilə bilər


Bakıda 88 yaşlı nənəsini və 61 yaşlı bibisini amansızlıqla qətlə yetirməkdə ittiham edilən şəxsin məhkəməsi başlayıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə ittiham edilən 1985-ci il təvəllüdlü Samir Mustafayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə baş tutan məhkəmə iclasında S.Mustafayevin anket məlumatları dəqiqləşdirilib. Onun daha əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

Qeyd edək ki, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində qeydə alınıb. S.Mustafayev 1932-ci il təvəllüdlü Simuzər Cavadova və 1959-cu il təvəllüdlü Tamilla Cavadovanı yaşadıqları evdə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Qətlin əmlak üstündə başlayan mübahisə səbəbindən baş verdiyi bildirilir.

S.Mustafayevə qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu ittihamla S.Mustafayevi ömürlük azadlıqdan məhrum etmə cəzası da gözləyir.


Paylaş:


Müəllif : Tarix:
24-02-2021, 16:02
Sikayət   


loading...
Загрузка...