reklam
Regionxeberlericom.az » Hadisə » Gömrükdən 53 min dollar keçirmək istəyirdi - Məhkəmə zalında həbs edildi

reklam

Gömrükdən 53 min dollar keçirmək istəyirdi - Məhkəmə zalında həbs edildi

Azərbaycan gömrüyündən 53 min dolları qaçaq yolla keçirməkdə ittiham edilən Gürcüstan vətəndaşının məhkəməsi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1987-ci il təvəllüdlü Jaba Jıbgaşvilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Jaba Jıbgaşvili 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Jaba Jıbgaşvili məhkəmədəki ifadəsində pulu Gürcüstanda bankdan kredit götürdüyünü, Bakıya biznes məqsədi ilə gəldiyini deyib.

Qeyd edək ki, Jaba Jıbgashvili Cinayət Məcəlləsinin 206-cı (Qaçaqmalçılıq; gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə mal və əşyaların keçirilməsi) maddəsi ilə ittiham edilir.

Məlumata görə o, gömrük nəzarəti zonasına daxil olarkən üzərində olan 53 min dollar valyutanı gömrük orqanına əvvəlcədən şifahi, elektron və ya yazılı formada bəyan etməyib.

Ona məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edildiyindən, çantaya təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub. Yoxlama zamanı əl çantasının ciblərində, gömrük nəzarətinə bəyan edilməyən 53 min dollar aşkar edilib.


Paylaş:


Müəllif : Tarix:
4-03-2021, 12:14
Sikayət   


loading...
Загрузка...