Şəhid atasına qarşı dələduzluq
İkinci Qarabağ müharibəsində şəhid olan Muraz Ələkbərovun atası Məzahir Ələkbərova qarşı dələduzluq edilib.Bu haqda Musavat.com-a birinci Qarabağ müharibəsində könüllülərdən ibarət batalyon komandiri olmuş Etibar Əmiraslanov məlumat verib.
Deyib ki, müddətdən artıq xidmətdə olan Muraz Ələkbərov 2019-cu ilin sonlarında könüllü olaraq döyüş bölgəsinə göndərilməsi üçün müraciət edib. Müraciəti nəzərə alınıb və cəbhə bölgəsinə göndərilib. Təxminən 6 ay sonra anası ağır xəstəliyə tutulub. Bundan sonra övladını tez-tez görməsi üçün həyat yoldaşı Məzahir Ələkbərovdan tədbir görməsini istəyib.
Etibar Əmiraslanov deyir ki, Məzahir Ələkbərov bundan sonra bir neçə dəfə oğlunun Tovuzdakı hərbi hissələrdən birinə köçürülməsi üçün müxtəlif şəxslərə müraciət edib. Tanışı Sənan Məhərrəmov ona bu işdə Beyləqanın Tatallar kəndindən olan Mirəli Əliyevin kömək edəcəyini bildirib. Mirəli Əliyevlə görüşən ataya o, özünü mayor kimi təqdim edib.
Deyib ki, 1700 manat müqabilində oğlunu Tovuzdakı hərbi hissəyə “perevod” etdirəcək. Mirəli Əliyev sonradan Məzahir Ələkbərova deyib ki, “perevod”un baş tutması üçün əlavə pul lazımdır. Məzahir Ələbərov heyvanlarını satıb, əlavə olaraq 1750 manat da Mirəli Əliyevə verib. O da deyib ki, narahat olmasınlar, tez bir zamanda oğlunu Tovuza “perevod” edəcəklər. 2020-ci ilin sentyabrında müharibə başlayır və Muraz Ələkbərov döyüşlərdə iştirak edir. Müharibə dövründə atası ilə dəfələrlə əlaqə saxlayan Muraz Ələkbərov deyib ki, pulu Mirəli Əliyevdən geri alsın.
“Məzahir də hər gün Mirəliyə dəfələrlə zəng edib pulunu geri istəyib. O da vəd verməklə pulu geri qaytarmayıb. Həmin günlərdə Muraz Ələkbərov şəhid olur. Mirəli Əliyev də atasına yalandan deyirmiş ki, oğlunuz postdadır, narahat olmayın, Tovuza “perevod” ediləcək. Oğlundan zəng gəlmədiyindən narahat olub. Ona görə də ata cəbhə bölgəsinə yollanıb oğlunu axtarmağa başlayıb. 4 günlük axtarışdan sonra oğlunun şəhid xəbərini alıb” –deyə, Etibar Əmiraslanov bildirib.
Onun sözlərinə görə, şəhid atası oğlunun 40 mərasimindən sonra Mirəli Əliyevə zəng edib, pulunu geri istəyib: “Mirəli Əliyev isə pulu vermir, şəhid atasına dövlətdən qanpulu aldığını deyib pulu geri qaytarmayacağını gizlətmir. Mənə müraciət etdilər, Mirəli Əliyevlə əlaqə saxladım. O da fevralın 1-nə qədər vaxt istədi. Müddət ötəndən sonra isə “gedin kimə istəyirsiz şikayət edin” dedi”.
Etibar Əmiraslanov deyir ki, pulun Mirəli Əliyevə verilməsi ilə bağlı əllərində səs yazıları da var: “Dövlət Təhlükəsizliyi Xidmətinə, Hərbi Prokuroluğa müraciət edərək şəhid atasına qarşı baş verən dələduzluq əməlinin araşdırılmasını istəyirik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-03-2021, 08:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-03-2021, 08:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45