Bakıda DƏHŞƏTLİ QƏTL: Qayınata kürəkənini öldürdü
Bakıda qətl hadisəsi olub.
Binəqədi rayon Prokurorluğundan bildirilib ki, martın 14-də saat 20 radələrində Biləcəri qəsəbəsi ərazisində 40 yaşlı Mirzəyev Taleh Vaqif oğlunun bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin qayınatası 57 yaşlı Abdullayev Mehdi Adıgözəl oğlunun şəxsi münasibətlər zəminində aralarına yaranmış mübahisə zamanı Taleh Mirzəyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq, müvafiq ekspertizalar təyin edilib. Mehdi Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:15-03-2021, 10:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:15-03-2021, 10:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti