reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanlı gənclər Gürcüstan parlamentinə etiraz edirlər

reklam

Azərbaycanlı gənclər Gürcüstan parlamentinə etiraz edirlər


Gürcüstanın azərbaycanlı icmasının gəncləri ölkə parlamentində Milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurasının Diaspor və Qafqaz Məsələləri Komitəsinin nəzdində yaradılmasını ciddi narazılıqla qarşılayıblar.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gündən “Salam” platforması feysbuk sosial şəbəkəsində “Mən diaspor deyiləm!!!” adlı kampaniyaya başlayıb.

Kampaniya çərçivəsində gənclər sosial şəbəkədə #mən_diaspora_deyiləm (#მე_დიასპორა_არ_ვარ) həştəqi ilə paylaşımlar edirlər.

Azərbaycanlı gənclər bildiriblər ki, şuranın Diaspor və Qafqaz Məsələləri Komitəsi nəzdində təsis edilməsi həm Gürcüstan parlamenti, həm də dövlətin milli azlıqlara diaspor kimi baxdığını aydın göstərir. Onların fikrincə, bu cür addımlar ölkədə vətəndaş bərabərliyi və inteqrasiya ideyasını pozur.

Kampaniyaya “Salam” platformasında təmsil olunan gənclərlə yanaşı, azərbaycanlı ictimai fəallar da qoşulub. Gürcüstan ictimaiyyətinin bir neçə nümayəndəsi də kampaniyanı dəstəkləyib.

“Mən diaspor deyiləm!!!” kampaniyasının iştirakçıları və dəstəkçiləri parlamentə etiraz etmək məqsədilə bu gün qanunverici orqanın binası yaxınlığında aksiya planlaşdırıblar.


Paylaş:


Müəllif : Tarix:
18-03-2021, 09:34
Sikayət   


loading...
Загрузка...