reklam
Regionxeberlericom.az » Hadisə » “Gəncə hadisələri”nə görə həbs olunan bəzi şəxslər əfv edildi

reklam

“Gəncə hadisələri”nə görə həbs olunan bəzi şəxslər əfv edildi


“Gəncə hadisələri”ndə təqsirli bilinən iki nəfər əfv edilib.

Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamına əsasən Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu cəzanın cəzanın çəkilməmiş hissəsindən azad edilirlər.

Qeyd edək ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.


Paylaş:


Müəllif : Tarix:
18-03-2021, 16:42
Sikayət   


loading...
Загрузка...