reklam
Regionxeberlericom.az » Hadisə » Qapanma üçün zəmin hazırlanır, yoxsa...? - "Faktiki yoluxma bundan dəfələrlə çoxdur”

reklam

Qapanma üçün zəmin hazırlanır, yoxsa...? - "Faktiki yoluxma bundan dəfələrlə çoxdur”


Azərbaycanda çox adam koronavirusa gündəlik yoluxma sayına inanmır. Düşünürlər ki, növbəti qapanma üçün "zəmin hazırlanır”.

Bunu iqtisadçı-ekspert Zöhrab İsmayıl deyib. O bildirib ki, əslində yoluxmanın artımı çox ölkələrdə müşahidə olunur:

"Ukraynada ötən yoluxma sayı 12 mindən çox olub. Lvov vilayəti artıq 14 günlük sərt karantinə keçib. Polşa da artıq qapanmaya gedib.

Azərbaycanda isə yoluxma sayının 800 rəqəminə qədər qalxmasına mən də şübhə edirəm. Amma düşünürəm ki, faktiki yoluxma bundan heç də az deyil, əksinə dəfələrlə çoxdur”.

Ekspert qeyd edib ki, yazın gəlişi ilə insanların fəallığı artıb:

"Bu da təbii ki, yoluxmanı da artırıb. Azərbaycanda əslində xeyli qadağalar var. Çıxış yolu vaksinləşməni sürətləndirməkdir. Həmçinin insanlar özü bu məsələyə məsuliyyətli yanaşmalı, məsafə saxlamalı, qapalı məkanlarda şənliklərdən çəkinməlidirlər”.

Real partiyasının sədri İlqar Məmmədov isə bu məsələ ilə bağlı düşünür ki, Operativ Qərargahın statistikası heç bir işə yaramır:

"Onun əsasında "elmi əsaslı” qərarlar vermək olmaz. Xüsusilə də karantinin sərtləşdirilməsi haqqında. Azərbaycanda əhalinin yarısı və daha çoxu artıq virusa yoluxub. Ölənlər ölüb, sağ qalanlar sağ qalıb. Bunu dəfələrlə digər rəqəmlər üzərindən də göstərmişəm. Heç bir karantin bu gedişatı durdurmayıb və durdura bilməz. Karantin özü də öldürücüdür. Əlavə ölümlərin bir hissəsi, bəlkə də böyük əksəriyyəti elə karantinin nəticəsidir”

Qeyd edək ki, Azərbaycanda bu gün koronavirus (COVID-19) infeksiyasına 933 yeni yoluxma faktı qeydə alınıb, 256 nəfər sağalaraq evə buraxılıb. Analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.


Paylaş:


Müəllif : Tarix:
18-03-2021, 16:43
Sikayət   


loading...
Загрузка...