Sevgilisini öldürüb zibil qutusuna atan tutuldu - RƏSMİ
Gəncədə 19 yaşlı qızın meyitinin tapılması ilə bağlı cinayət işi açılıb.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, bu il fevralın 19-da Gəncə şəhər sakini 19 yaşlı Musayeva Pərvin Xəqani qızının itkin düşməsi ilə bağlı Gəncə şəhər Nizami rayon Polis idarəsinə daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilərək itkin düşmüş onun qəsdən öldürülməsi müəyyən edilib.
Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, müvafiq ekspertizalar təyin edilib. Maddi sübutlar götürülərək, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla zərərçəkmişin tanışı 20 yaşlı Cəfərov Sərdar Saləddin oğlunun fevralın 19-da özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Pərvin Musayevanı boğaraq öldürməsi və meyitini Gəncə şəhəri, Avtozavod qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə intensiv istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:19-03-2021, 11:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-03-2021, 11:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti