reklam
Regionxeberlericom.az » Hadisə » Abşeronda arvadını öldürmək istəyən qısqanc kişi ilə bağlı yeni xəbər

reklam

Abşeronda arvadını öldürmək istəyən qısqanc kişi ilə bağlı yeni xəbər



Abşeron rayonunda arvadını öldürməyə cəhd etməkdə ittiham olunan Baba Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Əfqan Hacıyevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, ötən ilin avqustun 15-də saat 6 radələrində Abşeron rayon sakini Şəhanə Məmmədovanın bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baba Məmmədov həbs edilib.

İstintaq orqanı tərəfindən Baba Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıq adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.


Paylaş:


Müəllif : Tarix:
23-03-2021, 09:27
Sikayət   


loading...
Загрузка...