Azərbaycanda ata və oğul sahibkarın obyektinə hücum etdilər — Şok olayın təfərrüatı
Abşeron rayonu Masazır qəsəbəsində 1995-ci il təvəllüdlü Azər qonşusu Həmidə xəsarət yetirib.
Demokrat.az-ın xəbərinə görə, hadisə Masazır qəsəbəsində yerləşən tikinti materialları mağazasında baş verib.
Belə ki, Həmid işlətdiyi tikinti materialları mağazasında Azərə atasının mağazadan 476 manat dəyərində götürdüyü tikinti materiallarının pulunu verməməsinə görə iradını bildirib və ona “atan onsuzda heç kimə lazım deyil” sözlərini deyib.
Buna görə, onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Azər yumruq və təpiklə Həmidin bədəninin müxtəlif nahiyyələrindən n bir neçə dəfə vurub.
İstintaq orqanı tərəfindən Azərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Azər elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, valideynləri ilə ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir: “Zərərçəkmiş Həmid mənim qonşuluğumda yaşayır. Həmidlə münasibətlərim bir qonşu kimi həmişə normal olub. Həmid Masazir qəsəbəsi, S.Ə.Şirvani küçəsində tikinti materiallarının alışı və satışı ilə məşğul olur. Atam Xanoğlan çox vaxt ondan nisyə materiallar götürür. Həmid bir neçə vaxtdır ki, atamın ona olan 220 manat borcu olduğunu mənə bildirdi və mənimlə yersiz zarafatlar etdi. Hər dəfə gəlib atama bu barədə məlumat verdim. Atam Həmidə bir neçə dəfə qeyd olunan hərəkətləri etməməsini söylədi. Buna baxmayaraq Həmid yersiz zarafatlar etməyə davam etdi”.
Azərin sözlərinə görə, hadisə baş verən günü, saat 20 radələrində Həmidə məxsus mağazaya sement almaqa gedib: “Həmin zaman Həmidlə aramızda sözlü mübahisə baş verdi. Bundan sonra sementi götürərək evə gələn zaman yolda atam ilə qarşılaşdım. Yolda atama baş vermiş mübahisəni danışdım və Həmidin mənə “atan onsuzda heç kimə lazım deyil” sözlərini dediyini bildirdim. Bundan sonra atam Həmidin yanna gəldi. Həmidə yaxın günlərdə ona borcunu qaytaracağını, bir daha zarafat etməməsini bildirdi. Həmin zaman oraya gəldim və Həmiddən atam barəsində dediyi sözləri təkrar etməsini söylədim. Həmid isə zarafat etdiyini və yaxşı etdiyini bildirdi. Bu zaman Həmid aramızda mübahisə başladı və biz bir-birimiz itələməyə başladıq. Mübahisə zamanı Həmidi vurdum. Bundan sonra atam bizi ayırdı. Sonradan zərərçəkmiş şəxslə barışmışam. Əməlimdən peşmançılıq çəkirəm”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Həmid qeyd edib ki, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olmaqla faktiki olaraq Masazır qəsəbəsində ailə üzvüləri ilə birlikdə yaşayır: “Fərdi Sahibkarlıqla məşğul oluram. Qonşusum Xanoğlanla münasibətlərim bir qonşu kimi həmişə normal olub. Təxminən 2020-ci ilin yanvar ayında Xanoğlan mənə məxsus olan tikinti materialları mağazasından 476 manat dəyərində tikinti materiallarını götürdü. Xanoğlan tikinti materiallarının pulunu yaxın vaxtlarda ödəyəcəyini bildirsədə, lakin üstündən bir neçə ay keçməsinə baxmayaraq pulu vermədi”.
Zərərçəkmişin ifadəsinə görə, hadisə baş verən günü mağazada olan zaman Xanoğlanın oğlu Azər onun mağzasına gəlib və sement istəyib: “Sement verərən zaman Azərə dedim ki, atan Xanoğlanın da borcunu ver. Aramızda sözlə mübahisə baş verdi. Bundan sonra Azər getdi. Təxminən 20 dəqiqədən sonra Azər ilə atası Xanoğlan ilə mağazama gəldilər. Həmin vaxtı Xanaoğlan dedi ki, nəyə görə mənim sənə olan borcumu oğlumdan istəmisən. Həmin vaxt ona “borcun var, verdə”dedim. Bunun üstündə Xanoğlan ilə, o cümldən Azər ilə aramızda mübahisə baş verdi. Mübahizə zamanı Azər üzərimə gəldiyinə görə, onun boğazından tutdum ki, məni vurmasın. Elə bu anda Azər polkadan götürdüyü dəmir parçası ilə baş nahiyyəmdən vurdu. Sonra isə atası Xanoğlan bizi ayırdı. Bundan sonra Azər atası Xanoğlan ilə birlikdə getdilər. Hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vurdum və hadisə barədə məlumat verdim”.
Təqsirləndirilən şəxs ilə barışdığını qeyd edən zərərçəkimiş bildirib ki, ona qarşı heç bir şikayəti yoxdur.
Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılıb. Zərərçəkmişin şikayətinin olmadığını əsas gətirən hakim təqsirləndirilən Azərin barəsində olan cinayət işinə xitam verilməsi, onun cinayət məsuliyyətindən azad olunması barədə hökm çıxarıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-03-2021, 13:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-03-2021, 13:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09