Azərbaycana çökən duman - QƏZAYA SƏBƏB OLDU: yaralılar var

Şamaxı rayonunda iki yol-nəqliyyat hadisəsi baş verib.
Bu gün Bakı-Şamaxı-Yevlax yolunun Muğanlı qəsəbəsi ərazisindən keçən hissəsində iki "VAZ 2107" və bir "Daewoo-Nexia" markalı minik avtomobillərinin toqquşması nəticəsində Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Məmmədov Amil Mühübbət oğlu və 1956-cı il təvəllüdlü Məmmədova İradə Ağamusa qızı xəsarət alıb.
Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Məlumata görə, hadisəyə yolun dumanlı olması və nəqliyyatın hərəkətinin çətinləşməsi səbəb olub. Eyni vaxtda həmin ərazidə hərəkətdə olan "Mersedes" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə xeyli maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-03-2021, 17:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-03-2021, 17:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:52
Dünən, 12:39

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB