63 yaşlı kişi azyaşlı qızı dəfələrlə ZORLADI - ŞOK OLAY
Bakıda yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinən 1954-cü il təvəllüdlü Məmməd Səlimovun (cinayət işində adı keçən şəxslərin ad və soyadı şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
regionxeberlericom.az publika.az-a istinadən xəbər verir ki, Məmməd Səlimov 7 iyul 2017-ci il tarixdə, saat 14 radələrində Nəsimi rayonu, Füzuli küçəsində özünəməxsus "Deowoo Nexia” markalı avtomobilin içərisində 2011-ci il təvəllüdlü Səidə Babayevaya təcavüz edib.
Avtomobildə əxlaqsızlıq
Məmməd Səlimov avtomobilinə mindirdiyi azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edib, əvvəlcə onun dodaq və yanağından bir neçə dəfə öpüb. Sonra o, azyaşlı qıza qarşı digər seksual xarakterli hərəkətlər edib.
Ertəsi gün saat 11 radələrində Məmməd Səlimov Səidə Babayevaya qarşı yenidən seksual xarakterli hərəkətlər edib. O, azyaşlı qızı Mirqasımov küçəsi 1 saylı ünvanın yaxınlığında özünəməxsus "Deowoo Nexia” markalı avtomobilə mindirib.
Məmməd Səlimov avtomobilində azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib. Sonra onunla təbii yolla cinsi əlaqədə olmaqla zorakılıq göstərib.
Günortaçağı əxlaqsızlıq
Məmməd Səlimov iyulun 9-da Səidə Babayevaya qarşı etdiyi əvvəlki rüsvayçı hərəkətlərini yenidən təkrarlayıb. O, azyaşlı qızı yenidən özünəməxsus avtomobilə mindirib və Mirqasımov küçəsi 1 saylı ünvanda yerləşən Kliniki Tibb Mərkəzi Xəstəxanasının yaxınlığına gətirib.
Orada gizli bir yerdə günün günorta çağında avtomobilində azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib. Azyaşlının valideynlərinin şikayəti əsasında Məmməd Səlimov həbs olunub.
Seksual manyaka 12 il cəza
İstintaq orqanı tərəfindən Məmməd Səlimovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə Məmməd Səlimovun əməli tam sübuta yetirilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 12 il müddətə azadlıqdan məhrum edilib.
Seksual manyakın etirafı
Hökmdən narazı qalan Məmməd Səlimov apelyasiya şikayəti verib. O, azyaşlıya qarşı əxlaqsız hərəkətlər etməsini gizlətməyib. Bildirib ki, azyaşlıya qarşı əxlaqsız hərəkətlər edib, amma zorakılıq göstərməyib.
Məmməd Səlimov əməli ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən olunmayıb. O, əməlini Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsinə tövsif edilməsini, barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.
Manyakın baş tutmayan niyyəti
Məmməd Səlimovun şikayətinə Bakı Apelyasiya Məhkəməsində araşdırılıb. Hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakimlər sonda qərar açıqlayıb. Qərara görə, Məmməd Səlimovun apelyasiya şikayəti təmin olunmayıb.
Bu qərardan narazı qalan Məmməd Səlimov kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Məhkum həbsxanadan məktub yazdı
Şikayət araşdırılması üçün hakim Əli Seyfəliyevin icraatına verilib. Hakim heyəti şikayətin araşdırılmasına başlayan zaman ciddi rejimli cəza çəkmə müəssisəsində olan Məmməd Səlimov hakimə məktub göndərib.
Məhkum məktubunda qeyd edib ki, kasasiya şikayətinə baxılmasından imtina edib. Bu səbəbdən kasasiya şikayətinin araşdırılmasını istəmir. Məhkum kasasiya şikayətinin baxışdan çıxarılmasını və geri qaytarılmasını hakimdən xahiş edib.
Hakim heyəti məhkumun göndərdiyi məktubu yoxlayandan sonra qərar elan edib. Qərarda göstərilib ki, məhkumun kasasiya şikayətindən imtina etməsi, şikayətini geri götürməsi öz hüququdur.
Bu səbəbdən hakim kasasiya şikayətini araşdırmadan baxışdan çıxarıb və geri qaytarıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-05-2019, 12:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-05-2019, 12:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29