reklam
Regionxeberlericom.az » Hadisə » Narkotik istifadəsi, narkotik satışı və qaçaqmalçılıq - İki dosta 22 il cəza

reklam

Narkotik istifadəsi, narkotik satışı və qaçaqmalçılıq - İki dosta 22 il cəza



İrandan aldıqları narkotiki Bakıda satmaq istəyən zaman saxlanılan şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qaçaqmalçılıq, külli miqdarda narkotik vasitə əldə etməkdə və satmaqda ittiham edilən Zeynal Zeynalov və Vüqar Cəbrayılovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Hökmə əsasən Cinayət Məcəlləsinin qaçaqmalçılıq, narkotik vasitədən istifadə və külli miqdarda narkotik vasitələrin satışında ittiham edilən Zeynal Zeynalov 12 il, Vüqar Cəbrayılov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hər iki şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı saxlanılıb.

Abşeron rayonunda həyata keçirilən tədbir zamanı paytaxt sakini Zeynal Zeynalov və Göyçay rayon sakini Vüqar Cəbrayılov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman Zeynal Zeynalovdan 3 kiloqram, Vüqar Cəbrayılovdan isə 309,150 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Onlar ifadələrində narkotik vasitələri hələlik adı istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə aldıqlarını bildiriblər.


Paylaş:


Müəllif : Tarix:
30-03-2021, 18:27
Sikayət   


loading...
Загрузка...