Şəmkirdə qadın qohumu tərəfindən qətlə yetirilib
Şəmkir rayonunda qətl hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Aprelin 5-də Şəmkir rayonunun İrmaşlı kənd sakini Aybəniz Alıyevanın döş qəfəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.
Araşdırmalarla bu cinayət əməlinin mərhumun qohumu R.Tağıyev tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilmiş və o, saxlanılaraq istintaqa təhvil verilmişdir. Ondan A.Alıyevadan götürdüyü 10.000 rubl, 210 manat pul və qızıl-zinət əşyalarını sataraq əldə etdiyi 300 ABŞ dolları aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Araşdırma aparılır.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-04-2021, 12:40
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-04-2021, 12:40
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti