reklam
Regionxeberlericom.az » Hadisə » 54 yaşlı kişi 10 yaşlı oğlana seksual hərəkətlər etdi - Ağdaşda şok olay

reklam

54 yaşlı kişi 10 yaşlı oğlana seksual hərəkətlər etdi - Ağdaşda şok olay



Ağdaş rayonunda azyaşlı oğlana qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan 1967-ci il təvəllüdlü Nadir Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nadir Səfərov 2011-ci il təvəllüdlü Sadiqi (ad şərti verilib – red.) aldadaraq uzun müddət heç kəsin yaşamadığı uçuq vəziyyətdə olan evə aparıb. O, həmin evdə azyaşlının köməksiz vəziyyətindən istifadə edərək əynində olan şortiki aşağı çəkib, zor tətbiq etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri edib.

İstintaq orqanı tərəfindən Nadir Səfərovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nadir Səfərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, 2020-ci il tarixdə çoxlu spirtli içki qəbul etdiyindən bərk sərxoş olub: “Daha sonra Nizami məktəbinin yanı ilə üzü Ağalı kəndi istiqamətinə getdim. Həmin vaxt yolda 9-10 yaşlarında azyaşlı bir uşaq gördüm. Həmin uşağa mənimlə yaşadığım evə gedib gəlməyini dedim. Həmin uşaq kimin uşağı olduğunu bilmədim. Həmin uşağın Sahib adlı şəxsin oğlu və adının Sadiq olduğunu sonradan bildim”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, daha sonra uzun müddət heç kimin yaşamadığı uçuq bir evə uşağı aparıb: “Sərxoş olduğumdan hərəkətlərimi bilməmişəm. Həmin evə girdikdən sonra Sadiqin arxasına keçərək şortikini aşağı çəkdim. Özüm də şalvarımı aşağı çəkdim və əlim ilə onun arxasını sığalladım. Sonra onunla qeyri təbii yolla cinsi əlaqəyə girdim. Bu zaman uşaq qışqırdı və əlimdən qaçaraq küçəyə çıxdı. Onun dalınca küçəyə çıxdım. Həmin vaxt küçədə orada yaşayan Qədir adlı şəxsin olduğunu, Qədrin həmin uşağı yanına aldı. Mən isə öz evimə getdim. Etdiyim əməldən çox peşmanam”.

Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Nahid Mirzəyevin sədrliyi ilə aparılan araşdırmanın sonunda hökm elan edilib.

Məhkəmənin hökmü ilə Nadir Səfərov 10 il müddətinə azadlıqdan məhrum edilib.


Paylaş:


Müəllif : Tarix:
7-04-2021, 12:14
Sikayət   


loading...
Загрузка...