reklam
Regionxeberlericom.az » Hadisə » Toy iştirakçıları cərimə edilməmək üçün hasarın üzərindən qaçdı - VİDEO

reklam

Toy iştirakçıları cərimə edilməmək üçün hasarın üzərindən qaçdı - VİDEO



Paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsində xüsusi karantin rejim qaydalarını pozaraq evlərin birində toy mərasiminin keçirilməsi aşkalanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarına əməl etməyən mərasimin təşkilatçıları və iştirakçıları barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Onlarla profilaktik söhbətlər aparılıb, karantin qaydalarına əməl etməyin vacibliyi diqqətə çatdırılıb.

Ümumilikdə 28 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunmaqla, inzibati tənbeh tədbirləri tətbiq edilib.


Paylaş:


Müəllif : Tarix:
10-04-2021, 12:31
Sikayət   


loading...
Загрузка...