reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda azyaşlı uşaqları ilə özünü 4-cü mərtəbədən atan qadının məhkəməsi başlayır

reklam

Bakıda azyaşlı uşaqları ilə özünü 4-cü mərtəbədən atan qadının məhkəməsi başlayır



Bakıda iki uşağı ilə birlikdə özünü 4-cü mərtəbədən atararaq intihara cəhd edən və övladlarını öldürüməyə cəhhdə təqsirləndirilən 1991-ci il təvəllüdlü Nigar Cəfərovanın barəsində olan cinayət işinin ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxsin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 20-də Yasamal rayonunda Nigar Cəfərova azyaşlı övladları 2017-ci il təvəllüdlü Hüseyn Cəfərov və 2019-cu il təvəllüdlü Oktay Cəfərovu yaşadıqları binanın 4-cü mərtəbəsində olan mənzilin yataq otağındakı pəncərədən qısa zaman ardıcıllığı ilə yerə atıb, daha sonra isə özünü də həmin yerdən atıb.

Nigar Cəfərova və övladları hadisə yerinə gələn şəxslər tərəfindən xəstəxanaya aparılaraq həkimlərin müdaxiləsi nəticəsində sağ qalıblar.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.



Paylaş:


Müəllif : Tarix:
21-04-2021, 09:29
Sikayət   


loading...
Загрузка...