
Xəstəxanada anasının ölümünə görə etiraz edən şəxs HƏBS EDİLDİ - VİDEO
Anasının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasında etiraz edən vətəndaş həbs edilib.
regionxeberlericom.az-un Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, Sabunçu rayon Məhkəməsinin qərarı ilə, 1979-cu il təvəllüdlü Məmmədov Rəfi Vaqif oğlu İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) ilə 20 gün müddətində həbs olunub.
Qeyd edək ki, Rəfi Məmmədov anası Məmmədova Əminə Hüseyn qızının ölümünə görə 3 saylı Şəhər Klinik Xəstəxanasının həkimlərini günahlandırırdı. O, bildirirdi ki, anası həkim səhlənkarlığına görə dünyasını dəyişib.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-05-2019, 13:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Paylaş:
Müəllif :
Yazar
Tarix:29-05-2019, 13:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:01
23-02-2025, 12:52
23-02-2025, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB
