reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda daha bir qadın sürücü qəza törətdi - Maşını tunelə çırpdı / VİDEO

reklam

Bakıda daha bir qadın sürücü qəza törətdi - Maşını tunelə çırpdı / VİDEO


Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Mercedes” markalı avtomobili idarə edən xanım Yeni Yasamaldan çıxaraq yüksək sürətlə Bakı Kənar Dairəvi yolundakı tunelə daxil olmaq istəyib, lakin idarəetməni itirib və avtomobil tunelin beton plitəsinə çırpılıb.

Sürücü bildirib ki, onunla paralel sağ zolaqda avtomobil hərəkət edib. Tunelə girişdə sözügedən avtomobil qəfil onun qarşısına çıxıb.

Faktla bağlı əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Sürücünün sərxoş olub olmamasını aydınlaşdırmaq üçün onu müvafiq məntəqəyə aparıblar. Fakt araşdırılır. (ONA)

Qeyd edək ki, ötən gün Yasamal rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Akim Abbasov küçəsi ilə Abbas Mirzə Şərifzadə küçəsinin kəsişməsində işıqforun qırmızı işığında qalmamaq üçün xanım "Kia” markalı avtomobilini irəliyə hərəkət etdirib və qarşıda dayanan "Mercedes”-ə çırpıb.



Paylaş:


Müəllif : Tarix:
9-03-2019, 16:54
Sikayət   


loading...
Загрузка...