reklam
Regionxeberlericom.az » Hadisə » Bıçaqlanma hadisəsinin baş verdiyi evdə müəmmalı yanğın oldu

reklam

Bıçaqlanma hadisəsinin baş verdiyi evdə müəmmalı yanğın oldu

Astarada iki mərtəbəli ev yanıb.

"Report"un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Şəmətük kəndində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Qəyyim Əlif oğlu Ağayevə məxsus 8 otaqdan ibarət 2 mərtəbəli ev gecə saatlarında tamamilə yanıb. Yanğın zamanı ailə üzvləri həyətdəki köhnə evdə olublar. Zərərçəkənlər yeni tikdirdikləri evin qəsdən, qisas məqsədi ilə yandırıldığını iddia edirlər.

FHN-nin Astara Dövlət Yanğından Mühafizə hissəsinin əməkdaşları hadisə yerinə baxış keçirərək, ekspertiza aparılıb. Yanğının səbəbini araşdırmalardan sonra məlum olacaq.

Xatırladaq ki, mart ayının 10-da bu ailə ilə onların qohumları arasında qanlı insident baş verib. Bir-birinə bıçaq xəsarətləri yetirən iki əmioğludan biri - 1991-ci il təvəllüdlü Musa Arzuman oğlu Ağayev ölüb, digəri - 1994-cü il təvəllüdlü Famil Qəyyim oğlu isə ayaq nahiyəsindən xəsarət alıb. Əmisi oğlunu qətlə yetirən F.Ağayev saxlanılıb. Əvvəllər də aralarında münaqişə olduğu söylənilən qohumlar bu hadisədən sonra bir-birlərini təqsirkar biliblər. Zərərçəkənlərin iddiasına görə, qarşı tərəfdən onlara evin yandırılacağı barədə dəfələrlə təhdidlər olub.


Paylaş:


Müəllif : Tarix:
25-04-2021, 13:38
Sikayət   


loading...
Загрузка...