reklam
Regionxeberlericom.az » Hadisə » Gəlini VƏHŞİCƏSİNƏ DÖYƏN qaynananı polis SAXLADI

reklam

Gəlini VƏHŞİCƏSİNƏ DÖYƏN qaynananı polis SAXLADI



Lənkəranda gəlinin qayınanası tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.

Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir:

“Qayınananın adı Girdənandır. Təxminən 70 yaşı olar. Uzun illərdir ruhi xəstəliklə bağlı müalicə alır. Lənkəran ruhi-əsəb dispanserində qeydiyyatdadır. Qızı gəlib yenə müalicəyə aparıb. Gəlin isə hamilə deyil. 24-25 yaşı olar. İki uşaq anasıdır”.

R.Məmmədzadənin sözlərinə görə, hazırda qayınana polis tərəfindən saxlanılıb:

“Polis gəlib gəlinin qayınanasını apardı. Amma gəlin ondan şikayətçi deyil. Düşüünr ki, ruhi xəstədir deyə, şikayət etməsin”.

***



Paylaş:


Müəllif : Tarix:
28-04-2021, 12:18
Sikayət   


loading...
Загрузка...