Qayınananın döydüyü gəlinlə bağlı Dövlət Komitəsindən açıqlama - "Ailə nəzarətə götürülüb"
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində qadının gəlinini döyməsi iddiası ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Elgün Səfərov “Report”un sorğusuna cavab olaraq bildirilib ki, videogörüntülərdə qadının fiziki zorakılığa məruz qalması faktı ilə bağlı yerli icra hakimiyyəti nəzdində fəaliyyət göstərən Gender zorakılığına qarşı mübarizə komissiyası və hüquq-mühafizə orqanları ilə birlikdə araşdırmalara başlanılıb.
O bildirib ki, artıq ailə nəzarətə götürülüb:
"Müvafiq olaraq, yerli icra hakimiyyəti nəzdində Gender zorakılığına qarşı mübarizə komissiyası vasitəsilə həmin ailəyə ziyarət təşkil edilir və Daxili İşlər Nazirliyi tərəfindən izahatlar alınacaq. Xəsarətlərin qiymətləndirilməsi aparılacaq və komissiya tərəfindən yekun qərar veriləcək"
Qeyd edək ki, Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə yayılan görüntülərdən xəbərdar olduqları barədə açıqlama verib. Qeyd olunub ki, 1946-cı il təvəllüdlü Girdənaz Qurbanovanın 1990-cı il təvəllüdlü gəlinini döyməsini əks etdirən videogörüntülərlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Bildirilib ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:28-04-2021, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:28-04-2021, 12:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Bu gün, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54