reklam
Regionxeberlericom.az » Hadisə » Qadını şəkillərini yayacağı ilə hədələyən şəxs saxlanıldı

reklam

Qadını şəkillərini yayacağı ilə hədələyən şəxs saxlanıldı


Qadını sosial şəbəkədə şəkillərini yayacağı adı ilə hədələyərək görüş tələb edən Bakı şəhər sakini saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə müraciət edən Binə qəsəbəsində yaşayan bir qadın aprelin 25-də sosial şəbəkədə Faiq adlı şəxsin onu şəkillərini yayacağı adı ilə hədələyib görüşməyi tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ç.Aslanov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 242-ci (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddəsi ilə cinayət işi başlanılıb.


Paylaş:


Müəllif : Tarix:
28-04-2021, 13:47
Sikayət   


loading...
Загрузка...