"NƏ QƏDƏR AFERİST OLMALISAN Kİ..." - Rusiya Dumasının sədrini küçədə rüsvay etdilər (VİDEO)
İnstraqramda birbaşa efirə çıxan Rusiya parlamentinin sədri Vyaçeslav Volodin Saratovda gəzinti zamanı gözləmədiyi vəziyyətlə qarşılaşıb.
Volodinin söhbətləşmək istədiyi yaşlı qadın Rusiya hakimiyyətini, həmçinin spikerin özünü çox sərt şəkildə tənqid edib: “3 qəpik də ödəmirsiniz, ancaq milyardlar oğurlanır. Yalanla haradək gedəcəksiniz? Xahiş edirəm, yalanı azaldın...”
Sosial şəbəkələrdə Anna Aleksandrovna kimi təqdim edilən 90 yaşlı qadın spikerlə söhbətində əlavə edir ki, insanlar həqiqəti deməyə qorxurlar, çünki işlərini itirmək təhlükəsi var.
Ölkə rəhbərlərini və siyasətçiləri, o cümlədən də Jirinovskini tənqid, hətta təhqir edən qadın onları yalançılıqda və oğurluqda ittiham edir. Videodan görünür ki, şəhərin meri və vilayətin vitse-qubernatoru ilə birlikdə olan Volodin qadının ittihamlarına cavab verə bilmir və xeyli müddət susaraq, qulaq asır.
Həmin dialoqun bir hissəsində belə deyilir:
- Mən Sizi də söyürəm... Bax, indi infilyasiya 5.8 faizdir, amma mənim kəfənpulum orda 3.5 faiz altında yatır. De görüm, nə qədər aferist olmalısan ki, adamları bu metodla soyasan? Nə qədər yalan danışmaq olar?.. Bəsdir, yoxsa yenə deyim?
- Deyə bilərsiz...
- Gorürsüz necə həyəcanlanıram...
- Həyəcanlanmayın...
- Yaxşı görək... Sadəcə ayıbdır. Bu böyüklükdə ərazi, bu qədər var-dövlət, amma əhalinin nə qədər hissəsi evində qazsız oturur, xəritədən kəndlər itir. Bu ki biabırçılıqdır... Nə qədər yalan danışmaq olar? Ölkədə uzun illər boyu oğurlayırlar, yalan danışırlar və Allaha yalvarırlar. Belələrini necə başa düşək? Nəyə yalvarırlar, nəyin bağışlanmasını istəyirlər? Nə zaman ki, milyardlarla oğurlayırlar... Nə isə, hamınıza lənət olsun...
Qeyd edilən dialoq Rusiya mətbuatında və sosial şəbəkələrdə böyük əks-səda doğurub. Əhalinin böyük əksəriyyətinin ürəyindən xəbər verən yaşlı xanımın çıxışı qısa müddət ərzində çoxlu sayda baxış və bəyənmə qazanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-05-2021, 15:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-05-2021, 15:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45