reklam
Regionxeberlericom.az » Hadisə » Türkiyə və Azərbaycan arasında bu sahədə işçi qrupu yaradılıb

reklam

Türkiyə və Azərbaycan arasında bu sahədə işçi qrupu yaradılıb



Türkiyə və Azərbaycan arasında beynəlxalq daşımalarla bağlı işçi qrupu yaradılıb

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) bildiriblər.

DANX, Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və Türkiyənin Beynəlxalq Nəqliyyatçılar Birliyinin (UND) gələcək əməkdaşlığa dair birgə onlayn konfransı baş tutub.

Konfransı giriş sözü ilə açan DANX-ın rəisi Həbib Həsənov Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları istiqamətində həyata keçirilən islahatlar və tədbirlər barədə iştirakçılara məlumat verib və gələcək əməkdaşlığın perspektivlərindən bəhs edib.

ABADA-nın baş katibinin müavini Kənan Qurbanov iki ölkə arasındakı daşımalara dair son statistik göstəriciləri tədbir iştirakçılarına təqdim edib. Həmin göstəricilərin ötən illərlə müqayisəli təhlili aparılıb.

UND-un İdarə heyətinin sədri Çətin Nuhoğlu beynəlxalq daşımalarda iştirak edən sürücülərin təcrübə mübadiləsinin əhəmiyyətindən bəhs edib. Proqram çərçivəsində mütəmadi görüşlərin keçirilməsi və müzakirələrin aparılmasının təşkili və tənzimlənməsi məqsədilə birgə işçi qrupunun yaradılmasına qərar verilib.

Tədbirin yekununda iki ölkə arasında daşımalara dair gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün ABADA və UND arasında təhsil sahəsində təcrübə mübadiləsinə dair razılaşma əldə edilib.


Paylaş:


Müəllif : Tarix:
3-05-2021, 11:00
Sikayət   


loading...
Загрузка...