Bakıda əkizlər doğuş zamanı ölüb
Bakıda doğuş zamanı əkizlər boğularaq ölüb. Bu barədə “Report”un Aran bürosuna körpələrin babası, Salyan rayonunun Ərəbqardaşbəyli kənd sakini İmanov Əlisahib Balaşoğlu məlumat verib.
Ə.Balaşoğlunun sözlərinə görə, o, gəlini, 2000-ci il təvəllüdlü Nəcəfova Pərvanə Məhəmməd qızını doğuş vaxtına az müddət qaldığından Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparıb. Bir neçə gün həkim nəzarətində qalan P.Nəcəfova bu gün səhər saat 09:00 radələrində qeysəriyyə əməliyyatına hazırlanıb. Lakin qeysəriyyə əməliyyatı saat 14:30 radələrində aparılıb. Cinsi oğlan olan əkizlər ana bətnində boğularaq ölüb.
Ə.İmanovun sözlərinə görə, körpələr səhər saatlarında ana bətnində sağ olub. Həkimlər tərəfindən qeysəriyyə əməliyyatı gecikdirdiyindən körpələr ana bətnində boğularaq ölüb. O, körpələrin ölümündə həkimləri günahlandırıb.
Faktla bağlı araşdırma aparılır.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-05-2021, 08:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-05-2021, 08:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti