reklam
Regionxeberlericom.az » Hadisə » Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI

reklam

Bələdiyyə sədrinin bacısı oğlu qazini döydü - İŞƏ POLİS QARIŞDI



Beyləqanda Vətən Müharibəsi qazisinin döyülməsi ilə bağlı polis tərəfindən araşdırma aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Brədə regional qrupundan cavab olaraq bildirilib ki,qazinin döyülməsi ilə bağlı Beyləqan rayon Polis Şöbəsinə daxil olmuş məlumat əsasında Təhqiqat Bölməsində araşdırmalara başlanılıb və ekspertiza təyin edilib.

Araşdırmanın nəticəsindən asılı olaraq Teymur Kərimovu döyən şəxsin Vüsal Abdullayev olduğu müəyyən edilib. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi (döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) ilə qərar qəbul edilərək baxılması üçün müvafiq quruma göndərilib.

Qeyd edək ki, qazi T.Kərimovu döyən Vüsal Abdullayev Beyləqan rayonu İmamverdili kənd bələdiyyəsi sədrinin bacısı oğludur.

Bu barədə ətraflı məlumatı bir müddət öncə vermişdik.


Paylaş:


Müəllif : Tarix:
8-05-2021, 12:12
Sikayət   


loading...
Загрузка...