Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR
Sərhəd pozucularının açdıqları atəş nəticəsində həlak olan kiçik gizir Alimov Fərid Elçin oğlu mayın 16-da Qubanın Yeni Güləzi kəndində dəfn olunub.
Dəfn mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə yaylım atəşi açılıb, Azərbaycanın dövlət bayrağı sərhədçinin atasına təqdim olunub.
Qeyd edək ki, mayın 15-də saat 16:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkarlanıb.
Sərhəd pozucuları sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, əllərində yükü ataraq hadisə yerindən qaçmağa cəhd ediblər.
Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-05-2021, 14:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-05-2021, 14:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti