reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda tarixçi alim vəfat edib

reklam

Azərbaycanda tarixçi alim vəfat edib


Tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərov vəfat edib.

Bu barədə "Report"a AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunundan məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra 68 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Abuzər İbrahim oğlu Ələkbərov 25 iyun 1953-cü il tarixində Qərbi Azərbaycanın Keşişkənd bölgəsinin (müasir Ermənistanın Yeğeqnadzor rayonu) Amağu kəndində anadan olub.

O, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycanda arxeoloji abidələrin toplusu” sektorunun rəhbəri, İnstitutun Müdafiə Şurasının və Elmi Şuranın üzvü, İnstitutun Həmkarlar təşkilatının sədri, Cənub-şərq bölgəsi üzrə arxeoloji ekspedisiyanın rəhbəri olub. A.Ələkbərov Fransanın Sen-Jermen Milli Arxeoloji Muzeyində Azərbaycandan olan tapıntıların monitorinq qrupunda çalışıb. Bundan əlavə, “Cənub-Şərqi Azərbaycanın Arxeoloji tədqiqi” və “Fransa-Azərbaycan Beynəlxalq arxeoloji ekspedisiyasına” rəhbərlik edib.

Bir monoqrafiya, əllidən artıq elmi məqalənin müəllifidir.

Allah rəhmət eləsin!




Paylaş:


Müəllif : Tarix:
20-05-2021, 14:13
Sikayət   


loading...
Загрузка...