Ceyhun Sultanovun evinə oğurluğa girənlər də “alpinist” imiş - VİDEO
Xəbər verdiyimiz kimi, dünən alpinist alətləri ilə binaların damından evlərə düşərək 2 milyonluq oğurluq edən şəxslər həbs olunub.
Əldə etdiyimiz məlumata görə, həmin şəxslərin oğurluq etdiyi evlərdən birinin də "Keşlə"nin idman direktoru Ceyhun Sultanova məxsus olduğu müəyyənləşib.
Bu barədə qafqazinfo-ya açıqlama verən Sultanov hadisəni təsdiqləyib. Bildirib ki, mənzilindən qızıl-zinət əşyaları və kürklər oğurlanıb:
"Bu gün məsələ ilə bağlı müstəntiqə yenidən ifadə vermişəm. Evimdən oğurluq edənlərin həmin şəxslər olduğu aydınlaşıb. Evdən qızıl-zinət əşyaları və şubalar oğurlanıb. Hansı məbləğdə ziyan dəydiyini açıqlamaq istəmirəm".
Oğrular Ceyhun Sultanovun 22 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evinə giriblər.
Qeyd edək ki, oğurluq edilən evlərdən digəri Azərbaycanın sabiq baş infeksionisti Cəlal İsayevə məxsus olub. Onlar C.İsayevin evindən 72 min dollar (122 000 AZN) və 2500 manat pul aparıblar. Bundan başqa, mənzildən 20 min dollar (34000 AZN) dəyərində qızıl-zinət əşyaları da oğurlanıb.
Xatırladaq ki, cinayət hadisəsi 2019-cu ilin avqust ayında baş verib. Həbs edilən şəxslər alpinist alətləri ilə binaların damından balkonlara düşərək evlərdən 2 milyonluq oğurluq ediblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2021, 15:28
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2021, 15:28
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29