reklam
Regionxeberlericom.az » Hadisə » "Yaralıyam, yaxınlıqda erməni postu var" – 233 gün sonra nəşi tapılan şəhidin son sözləri

reklam

"Yaralıyam, yaxınlıqda erməni postu var" – 233 gün sonra nəşi tapılan şəhidin son sözləri



Xəbər verdiyimiz kimi, Hərbi prokurorluq Vətən müharibəsi zamanı şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşinin tapılaraq ailəsinə təhvil verildiyini açıqlayıb.
Xatırladaq ki, Təbriz İbrahimovun ailəsi bu ilin fevral ayında Yeniavaz.com-a açıqlama verib və onun sonuncu dəfə sentyabr ayının 28-də xalası oğlu ilə əlaqə saxladığını bildiriblər:
"Mina partlayışı nəticəsində ayağından yaralandığını və Ağdağ adlanan postdan aşağı dərənin dibinə düşdüyünü dedi. Dedi ki, "bura neytral zonadır və yaxınlıqda erməni postu var, düşməni asanlıqla həm görürəm, həm də eşidirəm". O, dərədə tək olmadığını, həmin yerdə şəhid və yaralıların olduğunu dedi. Çox qan itirdiyinə görə halsızlaşdığını və neytral zonadan çıxmaq ümidinin olmadığını söylədi, halallaşdı və qəfil əlaqə kəsildi".
Yaxınları bildiriblər ki, daha sonra onunla əlaqə qurmağa çalışsa da zənglərə cavab verməyib.
Qeyd edək ki, T.İbrahimov 1992-ci il oktyabrın 8-də Salyan rayonunun Çadırlı kəndində anadan olub.
O, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərə qatılıb. O, Murovdağın azad olunması uğrunda gedən döyüşlərdə itkin düşüb.
May ayının 19-da nəşi tapılan Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu İbrahimov Təbriz İsmayıl oğlu II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin!


Paylaş:


Müəllif : Tarix:
21-05-2021, 17:11
Sikayət   


loading...
Загрузка...