3 yaşlı qızı əlindən alınan ananın vəkili: - “Uşağın taleyindən xəbər yoxdur”
ABŞ-da yaşayan azərbaycanlı Lətafət Əzizova övladının köhnə sevgilisi tərəfindən gizlədildiyini və ona geri qaytarılmadığını iddia edir.
Bu barədə onun vəkili Ramil Qocayev məlumat verib.
O bildirib ki, müvəkkili Lətafət Əzizova ABŞ-da yaşasa da azərbaycan vətəndaşıdır:
“Lətafət Əzizova ailə həyatı qurmazdan əvvəl Şirəliyev Müşviq İnqilab oğlu ilə yaxın münasibətdə olub. Daha sonra L.Əzizova ilə münasibətləri pozulub və xanım Azərbaycanda Üzeyir adlı şəxslə rəsmi nikah bağlayıb. Bir müddətdən sonra Üzeyir bəy ilə birlikdə ABŞ-a köçüblər. 2018-ci ildə haqqında danışdığımız uşaq dünyaya gəlib. Bu uşaq Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır.
L.Əzizova uşağı ilə birlikdə Azərbaycana gəldiyi zaman Müşfiq Şirəliyev ilə görüşüb. Elə olub ki, uşağı müvəqqəti saxlamaq üçün Şirəliyevə verib və ABŞ-a qayıdıb. Daha sonra pandemiya səbəbindən Bakıya gələ bilmir və uşağı görə bilmir. Lakin gələndən sonra uşağı geri verməsini tələb etsə də, M.Şirəliyev 3 yaşlı uşağı anasına qaytarmaqdan imtina edir. Səbəb isə odur ki, L.Əzizova ABŞ-a getməzdən əvvəl hələ münasibətləri olduğu zaman onu da ABŞ-a aparacağına dair söz verib. Lakin sözünü tutmadığı üçün indi uşağını qaytarmır. İddia edir ki, L.Əzizova onu ABŞ-a aparsın daha sonra uşağı geri qaytaracaq”.
Vəkil R.Qocayev onu da əlavə edib ki, M.Şirəliyev Abşeron Rayon Məhkəmsində atalıq iddiası qaldırıb:
“Məhkəməyə müraciət edərək uşağın atası olduğunu və anasından 200 manat məbləğində aliment alınmasını tələb edir. Bizim isə problemimiz uşağın bizə göstərilməməsidir. Uşağın taleyindən narahatıq, çünki nömrəsinə zəng çatmır. Məsələ ilə bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etmişik, lakin məsələyə münasibət bildirilmir. Uşaq ABŞ vətəndaşı olduğu üçün ABŞ-ın Azərbaycandakı Konsulluğuna da müraciət etmişik. Belə davam edərsə, uşağın atası da ABŞ-dan Azərbaycana gələcək”.
Vəkilin sözlərinə görə, M.Şirəliyevlə danışmaq olmur, vəkili isə suallarımızdan yayınır:
“Tələblərimizə cavab olaraq qarşı tərəfin vəkili deyir ki, uşaq onlardadı, saxlayırlar. 3 yaşlı uşağın gizlədilməsi aiiyyəti orqanlara siqnal olmalıdır. Biz uşağın sağ-salamat olmasından əmin olmaq istəyirik. Aidiyyəti orqanlardan bu məsələyə dərhal reaksiya verilməsini istəyirik. Uşağın taleyini bilək sonra bütün problemlər hüquqi müstəvidə öz həllini tapacaq”.
Mövzu ilə əlaqədar Oxu.Az-ın sorğusuna cavab verən Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ABŞ-da yaşayan Azərbaycan vətəndaşı Lətafət Əzizovanın övladının qanunsuz övladlığa götürülməsi ilə bağlı iddiaları Xəzər Rayon Polis İdarəsində araşdırılır.
Onun sözlərinə görə, azyaşlının anasının müraciətinə uyğun olaraq, bütün zəruri prossesual tədbirlər həyata keçirilir:
“L.Əzizova rayon polis idarəsində qəbul edilib, araşdırmanın gedişi və qanunvericiliyin tələbləri ona izah edilib. Polisin onun müraciətinə etinasız yanaşması ilə bağlı iddiaları isə həqiqəti əks etdirmir. Azyaşlının anası tərəfindən könüllü olaraq verildiyi şəxsdən alınaraq ona qaytarılması qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid olan məsələdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-05-2021, 18:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:21-05-2021, 18:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09