Pilləkəndən yıxılan 2 yaşlı uşağı xəstəxanaya polislər çatdırdı
Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının Masallı rayonundakı stasionar postuna yaxınlaşan Masallı rayon sakini İ.İsmayılov 2 yaşlı övladının təcili olaraq xəstəxanaya çatdırılması üçün kömək istəyib.
O, pilləkəndən yıxılan övladına ixtisaslı tibbi yardım göstərilməsi üçün Lənkəran rayonuna gedərkən avtomobildə nasazlıq yarandığını, lakin yubanacaqları halda körpənin səhhətində ağırlaşma ola biləcəyini deyib. Dərhal 11-ci tağımın əməkdaşları tərəfindən həmin körpə və valideyni yol-patrul xidməti avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Diaqnostika Mərkəzinə çatdırılıblar. İ.İsmayılov azyaşlı övladının vaxtında tibb müəssisəsinə çatdırılmasında göstərilən köməkliyə, qayğıya görə Azərbaycan Polisinə dərin təşəkkürünü və minnətdarlığını bildirib.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-05-2021, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-05-2021, 12:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti