"Qapımda əxlaqsızlıq edirdilər" - Xırdalanda adi mübahisənin nəticəsi- 2 ölü, 5 yaralı
Xırdalanda iki nəfərin ölümünə, bir neçə nəfərin isə ağır yaralanmasına səbəb olan kütləvi dava ilə bağlı məhkəmə araşdırması davam edir. Hadisəyə səbəb qızla oğlanın məhəllədə tanımadıqları şəxsin qapısı önündə dayanmaları və buna görə başlayan mübahisə olub.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bahadur Əliyev və Xəlil Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə aparılan məhkəmə araşdırmasında işin bir çox təfərrüatları məlum olub. Bu iş üzrə zərərçəkən şəxslər Tural Quliyev, Yaşar Mövsümov, Rəvan Mirzəyevdir.
Adı çəkilən bu üç nəfər həm də təqsirləndirilən şəxsdir. Çünki onlar da kütləvi davada adam öldürməkdə, Bahadur və Xəlilə ağır xəsarətlər yetirməkdə ittiham olunurlar.
İki tərəf arasında baş verən dava Rəvan Mirzəyevin yanında olan qadınla Xəlil Məmmədovun yaşadığı məhəlləyə getməsi olub. Məhəllədə olan zaman Rəvanla yanında olan qadının səmimi hərəkətləri Xəlil Məmmədovun xoşuna gəlməyib. Öncə o, Rəvanı çağıraraq ona xəbərdarlıq edib. Aralarında mübahisə yaranan zaman Xəlil Rəvana başla zərbə endirərək məhəllədən qovub.
Oradan uzaqlaşan Rəvan daha sonra Tural, Yaşar və Hüseynağa birlikdə Xəlilgilin məhəlləsinə gəliblər. Kütləvi dava da bu zaman baş verib.
Kütləvi davada bıçaqlar çəkilib və hər iki tərəfdən də bir nəfər öldürülüb. Rəvanla gələn Hüseynağa və Xəlilin qardaşı çoxsaylı bıçaq zərbələri ilə xəstəxanaya çatdırılsalar da həyatlarını xilas etmək mümkün olmayıb.
Sonuncu məhkəmə prosesində Xəlil Məmmədov İfadə verib və hadisənin necə baş verdiyini danışıb:
"Qapımda qızla oğlan əxlaqsız hərəkət edirdi. Bizim ev həyət evidir. Qız aralandı, oğlana dedim ki, bu nə hərəkətdir? Dedi ki, qışqırma. Mən də boğazından silkələyib bir kəllə vurdum. Dedim ki, rədd ol burdan. 6-7 saat sonra bir neçə nəfər məhəlləyə gəlib məni axtarıblar. Onlarla görüşdüm. Söhbət edəndə səhv olduqlarını gördülər. Mən onlara kamera görüntüsünə baxmağı da təklif elədim. Amma başladılar dava salmağa.
Qaranlıq olduğu üçün məni və qardaşımı kimin vurduğunu dəqiq bilmirəm. Qardaşım Məmmədi öldürəndə mən də maşının arxasından bıçaq götürdüm".
Xəlil Məmmədovun özünə 11 bıçaq zərbəsi dəyib.
Xəlil Məmmədov bildirib ki, özü yaralı vəziyyətdə qardaşını da maşına qoyaraq xəstəxanaya gedib. Amma xəstəxanaya çatanda artıq qardaşı vəfat edib.
Bu hadisədən sonra isə Xəlil Məmmədovun ata və anasının səhhəti pisləşib və 40 günün içində onlar da vəfat ediblər.
Xəlil Məmmədov söyləyib ki, maşında olan zaman qardaşı köynəyini çıxarıb və onun kürəyindən qan axıb. Qardaşının son sözü isə "mən ölürəm" olub.
Bahadur Əliyev isə ifadəsində deyib ki, ilk mübahisədə məhəllədə olmayıb. Sadəcə axşam dava düşəndə həyətə çıxıb və tərəfləri sakitləşdirib.
Bahadur Əliyev deyib ki, dava-dalaş başlayan zaman ona da bıçaq zərbələri vurublar.
Məhəlləyə qızla gələn şəxs Rəvan Mirzəyev isə ifadəsində qeyd edib ki, Xəlil Məmmədovun qapısının ağzında əxlaqsız hərəkət etməyib.
"Mənim yanımda Günay var idi. Onunla kirayə evə baxmağa getmişdik. Ayselin evinin yanında dayandıq. Aysel gəlib bizə kirayəyə ev göstərəcəkdi. Bu vaxt Xəlil dedi ki, gedin burdan. Mən də dedim ki, əmi, bizimləsən? Dedi ki, hə, gedin burdan. Xəlilə dedim ki, səliqəli danış. Mənə yaxınlaşıb kəllə ilə vurdu. Mən də böyük qardaşım kimi bildiyim Turala zəng edib belə bir "tema" olduğunu dedim", - deyə Rəvan ifadəsində göstərib.
Rəvan bildirib ki, Turalla gələn digər şəxsləri tanımayıb. Suallara cavab verən Rəvan deyib ki, ikinci dəfə məqsədi dava etmək yox, məsələni aydınlaşdırmaq olub. Məlum olub ki, dava zamanı Rəvan kənarda olub və heç bir müdaxilə etməyib.
Tural Quliyev də məhkəmə də zərərçəkmiş kimi ifadə verib.
Bildirib ki, Rəvan yanında olan qızla evlənəcəkmiş: "Rəvan qız qaçırmışdı. Mən onlara kömək etməyə çalışmışam. Bir gün də Rəvan zəng elədi ki, gəlinbacının yanında ona bu cür hərəkət edilib. Mən də fikirləşdim ki, Rəvana qadının yanında kəllə vuran adam normal adam deyil. Fikirləşdim ki, gücüm çatmayacaq. Ona görə də uşaqlara zəng elədim".
Tural Quliyevin ifadəsindən məlum olub ki, onunla birlikdə Xırdalana gedən Hüseynağa adlı dostu da kütləvi davada bıçaqlanaraq öldürülüb.
Suallara cavab verən Tural namaz qıldığını, məqsədi getdiyi yerdə dava salmaq yox, məsələni yoluna qoymaq olduğunu söyləyib. Lakin iş elə gətirib ki, mübahisə yaranıb.
Prosesdə məlum olub ki, hər iki tərəfdən ölənləri kimin bıçaqladığını etiraf edən yoxdur. Bu cinayəti heç kim etiraf etmir, heç kim də başqasının əleyhinə ifadə vermir.
Məhkəmə araşdırması davam edir.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-05-2021, 16:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-05-2021, 16:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 12:32
Naxçıvanda işsizlik TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB... - "Belə davam edərsə, Naxçıvan tam boşalacaq..."
Dünən, 10:36
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
17-11-2024, 11:35