reklam
Regionxeberlericom.az » Hadisə » Özünü asan 40 yaşlı qadının İNTİHAR SƏBƏBİ... - TƏFƏRRÜAT

reklam

Özünü asan 40 yaşlı qadının İNTİHAR SƏBƏBİ... - TƏFƏRRÜAT



Şəmkirdə baş verən intiharla bağlı bir sıra detallar üzə çıxıb.

Rayonun Şiştəpə kəndində yaşadığı evin həyətində asılmış meyiti tapılan Samirə Quliyeva ilə 15 yaşlı oğlu arasında münaqişə yaranıb.

Belə ki, 40 yaşlı Samirə iddiaya görə, başqa kişi ilə sosial şəbəkədə yazışırmış. Oğlu da bundan xəbər tutub.

Samirə Quliyevanın məhz bu səbəbdən canına qəsd etdiyi bildirilir.

Hazırda faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Şəmkirin Şiştəpə kənd sakini Samirə Quliyeva yaşadığı evin həyətində özünü asıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib. Meyit müayinə olunması üçün rayon məhkəmə-tibbi ekspertiza şöbəsinə göndərilib.


Paylaş:


Müəllif : Tarix:
29-05-2021, 12:40
Sikayət   


loading...
Загрузка...