Həyat yoldaşını güllələyən hakimlə bağlı AÇIQLAMA - "Hadisə zarafat zəmnində baş verib"
Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun həyat yoldaşı Pərvanə Əhmədovanı odlu silahla qətlə yetirməsi ilə bağlı detallar açıqlanıb.
Bu barədə e-huquq.az-a F.Əhmədovun vəkili Bəylər Məmişov məlumat verib. Vəkil hadisənin tərəflər arasında zarafat zəmnində baş verdiyini deyib.
"Fəqan Əhmədovun həyat yoldaşını guya qəsdən öldürməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hadisə zarafat zəmnində baş verib. Fəqan Əhmədov odlu silahla ehtiyasız davranıb. Belə ki, o silahın boş olmasından əmin olub. Silahı zarafata həyat yoldaşına tuşlayıb və bədbəxt hadisə baş verib. Təqsirləndirələn şəxs Baş Prokurorluğun İstintaq idarəsində ifadəsi zamanı da bunları qeyd edib", - deyə B.Məmişov qeyd edib.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanan cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılıb. Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:31-05-2021, 13:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:31-05-2021, 13:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25