reklam
Regionxeberlericom.az » Hadisə » Rusiyada azərbaycanlı gənci qətlə yetirən yol polisi əməkdaşı həbs edildi

reklam

Rusiyada azərbaycanlı gənci qətlə yetirən yol polisi əməkdaşı həbs edildi

Rusiyanın Novosibirsk vilayətində azərbaycanlı gənci öldürən yol polisi əməkdaşı barədə iki aylıq həbs qərarı verilib.

Virtualaz.org Rusiya KİV-inə istinadən bildirir ki, vəzifə səlahiyyətlərini aşmaqda və ehtiyatsızlıqdan 19 yaşlı Vəkil Abdullayevin qətlində ittiham olunan Aleksandr Qusev həbs müddətini istintaq təcridxanasında keçirəcək.

Xatırladır ki, haqqında söhbət gedən hadisə mayın 28-da Novosibirskdə baş verib. Belə ki, polis sürət həddini aşan avtomobilin sürücüsünü saxlayıb. Sürücü şəxsiyyətinin müəyyən olunması üçün yol polisinin xidməti avtomobilinə tərəf aparılıb. Bu vaxt sərnişinlərdən biri - 19 yaşlı Vəkil Abdullayev polisə müqavimət göstərməyə başlayıb. Hüquq mühafizəçisi güc işlədərək gəncin qollarını geri qanırıb və onu kapotun üstünə yıxıb. Bu zaman guya ehtiyatsızlıqdan əlindəki tapancadan atəş açıb...

Digər sərnişin bütün baş verənləri telefonunun kamerasına çəkib. Vəkil Abdullayev Moşkov Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “ehtiyatsızlıqdan adam öldürmə” maddələri ilə cinayət işi açılıb.


Paylaş:


Müəllif : Tarix:
31-05-2021, 23:56
Sikayət   


loading...
Загрузка...