reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda polislərlə dava edən şəxs göldə batdı

reklam

Azərbaycanda polislərlə dava edən şəxs göldə batdı



Şəkidə 35 yaşlı kişi su anbarında boğularaq ölüb.

Hadisə iyunun 2-dən 3-nə keçən gecə Şəki rayonu Şorsu kənd inzibati ərazisinin yaxınlığındakı Əyriçay su anbarında baş verib.

Su anbarına balıq tutmağa və istirahətə gələn bir qrup şəxs yeyib-içdikdən sonra həmin ərazidə mülki formada istirahətdə və məzuniyyətdə olan 2 polis əməkdaşı ilə mübahisə ediblər. Mübahisədən sonra 1986-cı ildə Ağdam rayonunda anadan olan, hazırda Şəki rayonu ərazisində məskunlaşan Vüsal Sabir oğlu Həsənov suda boğularaq ölüb. Onun sərxoş vəziyyətdə suda batdığı bildirilir. V.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Şəki rayon Prokurorluğunda araşdırma aparılır.


Paylaş:


Müəllif : Tarix:
4-06-2021, 11:27
Sikayət   


loading...
Загрузка...