“Səni Nərmin kimi öldürərəm” dedi, çöllükdə zorladı - Tovuzda FİLM KİMİ OLAY
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonu Dondar Quşçu kənd sakini Ceyhun Əliyev (şərti) barəsində Cinayət Məcəlləsinin 149.2.4-cü (Zorlama - öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə) maddəsi ilə açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə bəzi maraqlı məqamlar üzə çıxıb. Bəlli olub ki, 1982-ci il təvəllüdlü Ceyhun ailəlidir, onun zorladığı həmkəndlisi Arifə Məmmədova (şərti) isə 3 uşaq anasıdır və 2017-ci ildə rəsmi qaydada həyat yoldaşından boşanıb və övladları ilə birlikdə anasının evində yaşayır.
Hadisəyə gəlincə, 2019-cu ilin 15 dekabr tarixində özünə məxsus “VAZ 2106” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan Ceyhun onun maşınında müştəri olmuş Arifənin anasının nəqliyyat vasitəsində unutduğu çantasını vermək üçün onların evinə gəlib. Bu zaman Arifə həmkəndlisi və taksi sürücüsü kimi tanıdığı Ceyhuna çantanı qoyub getməsini və yarım saat sonra gələrək onu Qovlar şəhərinə aparmasını, uşaqlarının müəllimi ilə danışmağa gedəcəyini bildirib. Lakin yarım saat sonra zəng etsə də, Ceyhuna zəng çatmayıb. Başqa maşınla Qovlara gedən qadın daha sonra yenidən Ceyhuna zəng edərək onu kəndə qaytarmasını xahiş edib.
Zərərçəkən qadın ifadəsində bildirib ki, Ceyhun onu götürüb maşını hərəkətə gətirdikdən bir qədər sonra anası Püstənin (şərti) Kür çayının sahilindəki yerdə başqa bir şəxslə yeyib-içdiyini və sərxoş vəziyyətdə olmasını bildirib. Bunu eşidən Arifə sürücünün maşını həmin yerə sürməsinə etiraz etməyib. Lakin əsas yoldan çıxıb bir qədər hərəkət etdikdən sonra Ceyhun maşını saxlayaraq arxa tərəfə keçib və orada oturan müştərisinə onu çox bəyəndiyini, cinsi əlaqədə olmaq istədiyini deyib. Bunu eşidən qadın yumruqla Ceyhunun gözünə zərbə endirib. Ceyhun isə məqsədini həyata keçirməyə israr edib və Arifənin qarşıdan gələn Yeni il üçün uşaqlarına aldığı hədiyyələrin içindən şarı götürərək onun boğazına keçirib. Hadisədən bir müddət əvvəl yaşadıqları Dondar Quşçu kəndində 10 yaşlı Nərminin müəmmalı şəkildə yoxa çıxmasını xatırladan Ceyhun “Elə etmə səni də Nərmin kimi öldürüb, Kürə atım”, deyərək qadına qarşı hədə-qorxu gəlib. Qadına qarşı eyni zamanda fiziki zor tətbiq edən şəxs onun müqavimətini qıraraq zorla cinsi əlaqədə olub.
Qorxu keçirən qadın Ceyhuna ondan şikayətçi olmayacağını deyərək onu evlərinə qaytarmasını xahiş edib. Arifənin sözlərinə inanan sürücü maşını kəndə doğru sürməyə başlayıb. Yolda olarkən Arifə Dondar Quşçu kəndinin polis sahə müvəkkilinə başına gələn hadisə barədə məlumat verib. Maşın Tovuzun Əlimərdanlı və Hunanlar kəndi arasında hərəkətdə olarkən polislər onları saxlayıb.
İstintaq materiallarından məlum olur ki, Ceyhun Əliyev tutularkən Nərminin qətlinin üstü hələ açılmayıbmış və o da bu hadisə barədə sorğu-sual edilib. Zorlama olayından təmixənən 20 gün sonra isə kənd ərazisində Nərminin yanmış meyiti tapılıb və qətlin başqa şəxs tərəfindən törədildiyi üzə çıxıb.
Məhkəmənin hökmü ilə zorlamada təqsirli bilinən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-06-2021, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-06-2021, 13:36
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25