reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda ata 9 yaşlı qızına işgəncə verdi, daha sonra “whatsapp”da...

reklam

Azərbaycanda ata 9 yaşlı qızına işgəncə verdi, daha sonra “whatsapp”da...



Azərbaycanda 9 yaşlı qızına işgəncə verən ata barəsində cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə bildirib.

Onun sözlərinə görə, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Rauf Vəliyevin 9 yaşlı qızı Milana Məlikzadəyə döyərək işgəncə verməsi və bunu keçmiş həyat yoldaşı Təranə Rzayevaya “Whatsapp” vasitəsilə zəng edərək nümayiş etdirməsi ilə bağlı yayılmış videogörüntülərlə əlaqədar cinayət işi açılıb:

"İş üzrə hazırda Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən araşdırma aparılır. Nəticəsindən asılı olaraq qanuni qərarın qəbul edilməsi və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək".


Paylaş:


Müəllif : Tarix:
8-06-2021, 16:59
Sikayət   


loading...
Загрузка...