reklam
Regionxeberlericom.az » Hadisə » Xəzər Universitetində vəzifəli şəxs vəfat etdi

reklam

Xəzər Universitetində vəzifəli şəxs vəfat etdi



Xəzər Universitetində departament müdiri dünyasını dəyişib.

“Ölkə.az”ın məlumatına görə Təbiət Elmləri və Mühəndislik fakültəsinin Fizika və Elektronika departamentinin müdiri Nuru Səfərov vəfat edib.

N.Səfərovun 55 yaşı var idi.

Qeyd edək ki, N.Səfərov 18 oktyabr 1966-cı ildə Neftçala rayonunda anadan olub.
1988-ci il ildə Ukrayna Respublikasındakı Dnepropetrovsk Dövlət Universitetinə radiofizika və elektronika ixtisası üzrə bitirib. 1988-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyası Fizika İnstitutunun "Registr" xüsusi konstruktor bürosunda mühəndis vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1997-ci ildə "Optik örtüklü silisium günəş elementlərində fotovolt və radiasiya effektləri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb.

O, 2007-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının professoru adına layiq görülüb. 70-ə yaxın elmi məqaləsi vardır, o cümlədən 5 ixtira müəllifidir.

Allah rəhmət eləsin!


Paylaş:


Müəllif : Tarix:
9-06-2021, 11:14
Sikayət   


loading...
Загрузка...