Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı - Video
Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı “İsuzu Citiport” markalı avtobusda sərnişinlərin biri tərəfindən insident törədilib.
“Qafqazinfo”nun məlumatına görə, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin daha sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.
Törədilmiş xuliqanlıq əməli ilə bağlı “Xaliq Faiqoğlu” şirkəti tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib.
“Hər bir sərnişindən müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalarını xahiş edirik”, - deyə “Xaliq Faiqoğlu” şirkətindən bildirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-06-2021, 14:06
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-06-2021, 14:06
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti