reklam
Regionxeberlericom.az » Hadisə » Özəl klinikalarda vaksin alveri: - Ödəniş tələbi qanunidirmi?

reklam

Özəl klinikalarda vaksin alveri: - Ödəniş tələbi qanunidirmi?



Bakıda özəl klinikalarda vaksinasiya olunmaq üçün yoxlanışdan keçənlərdən əlavə ödəniş tələb edilir.

Bakupost.az -ın redaksiyasına daxil olan məlumata görə, “Caspian İnternational Hospital”da vaksin vurdurmaq üçün müraciət edən şəxslərdən həkim yoxlanışı adı ilə 30 manat məbləğində pul alınıb.

Vətəndaşların bildirdiyinə görə, dövlətə məxsus tibb müəssisələrində vaksinasiyadan öncə yoxlanış aparılmadığı üçün özəllərdə peyvənd etdirmək istəyirlər. Bu zaman isə yüksək qiymətlərlə qarşılaşırlar.

Belə ki, dövlət poliklinalarında peyvənd olunacaq şəxsin yalnız təzyiqi yoxlanılır. Əlavə heç bir yoxlanış aparılmır. Sadəcə vətəndaşdan hər hansı xəstəliyinin olub-olmadığı soruşulur. Allergiyası olan şəxslərə vaksin qadağan edilsə də, poliklinaklar bunu nəzərə almır və peyvəndləməyə davam edirlər.

Məsələ ilə bağlı bir neçə tibb müəssisəsindəki vəziyyətlə maraqlandıq:

Məlum oldu ki, özəl klinikaların böyük əksəriyyətində vaksinasiya prosesi həyata keçirilmir.

“Leyla Medical Center”də vaksindən əvvəl yoxlanış üçün 30 manat vəsait tələb olunur.

Mərkəzi Klinik Xəstəxanasındakı vəziyyət isə poliklinkalardan heç də fərqlənmir. Yəni vaksindən əvvəl ümumiyyətlə yoxlanış edilmir.

Baş verənlərlə bağlı TƏBİB-lə də əlaqə saxladıq.

Qurumdan bildirildi ki, vaksinlərin paylanılması vaksinasiya strategiyasına uyğun olaraq TƏBİB tərəfindən həyata keçirilmir: “TƏBİB yalnız Abşeron, Sumqayıt və bölgələrdə vaksinasiya həyata keçirir. Vaksindən öncə müayinə olunmaq isə ödənişsizdir”.

Qeyd edək ki, ölkədə vaksinasiya prosesi könüllülük prinsipi əsasında, pulsuz olaraq həyata keçirilməlidir.


Paylaş:


Müəllif : Tarix:
9-06-2021, 15:54
Sikayət   


loading...
Загрузка...