reklam
Regionxeberlericom.az » Hadisə » 17 yaşlı iş yoldaşını qətlə yetirdi

reklam

17 yaşlı iş yoldaşını qətlə yetirdi



Biləsuvarda qətl hadisəsi törədilib.

Hadisə rayonun Ağayrı kəndinin ərazisində baş verib.

Belə ki, tarlada bir yerdə işləyən gənclər arasında mübahisə yaranıb. Bu səhər bir maşında işləməyə yola çıxan, Biləsuvar şəhər sakini, 1998-ci il təvəllüdlü Fərəcli Məhəmməd Füzuli oğlu rayonun Ağayrı kənd sakini, 2004-cü il təvəllüdlü Abıyev Sadiq Namiq oğluna ağır bıçaq xəsarəti yetirib.

Yaralı rayon xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Həmçinin bir maşında olan Ağayrı kənd sakini, 2005-ci il təvəllüdlü Rüstəmov Nurlan Rüstəm oğlu qolundan bıçaq xəsarəti alıb.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda cinayət işi açılıb.


Paylaş:


Müəllif : Tarix:
12-06-2021, 11:56
Sikayət   


loading...
Загрузка...