reklam
Regionxeberlericom.az » Hadisə » Azərbaycanda İLK: Qadın müəllim şəhid şagirdinin adına bulaq tikdi - FOTO

reklam

Azərbaycanda İLK: Qadın müəllim şəhid şagirdinin adına bulaq tikdi - FOTO



Azərbaycanda qadın müəllim Vətən Müharibəsində şəhid olan şagirdinin adına bulaq inşa edib.

Şəhid Valeh Bədəlovun adını daşıyan bulaq Zaqatala rayonu Aşağı Tala kənd 3 saylı orta məktəbin həyətində tikilib.

Həmin məktəbin müəllimi Xanım Həsənova öz əlləri ilə inşa etdiyi bulağa Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şagirdi, Xüsusi Təyinatlı Qüvvələrin baş-leytenantı Valeh Bədəlovun adını verib. Bulağın açılışına rayon rəhbərliyi və şəhidin ailə üzvləri də qatılıb.

Qeyd edək ki, Valeh Vahid oğlu Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Vətən Müharibəsində fəal iştirak edən V.Bədəlov Fizulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.




Paylaş:


Müəllif : Tarix:
15-06-2021, 16:01
Sikayət   


loading...
Загрузка...