Əkiz uşaq dünyaya gətirən ana niyə öldü? - TƏFƏRRÜAT
Cəlilabad rayonunda əkiz uşağını dünyaya gətirən qadının ölməsi barədə məlumat vermişdik.
Bu barədə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı Cəlilabad RMX-ya kritik ağır vəziyyətdə daxil olub.
Həkimlərin verdiyi məlumata görə, hamiləlik zamanı antenatal xidməti olmayıb və müayinə zamanı əkiz uşaqların olduğu müəyyənləşib:
"Uşaqlığında çapıq var idi, çünki ilk hamiləliyi də keysəriyyə vasitəsilə həyata keçirilib. Daxil olduğu zaman periferik ciddi ödemləri olub, təzyiqi 220-150 mm c st, preeklampsiya ağır dərəcədə, anemiya 3-cü dərəcə, hemoqlobin 60 qram litrlə, dölyanı mayenin axması ilə xəstəxanaya daxil olub. Uşaqların biri 2 kq 300qr, digəri isə 2 kq 100 qr olaraq keysəriyyə ilə əməliyyata alınıb götürülüb. Uşaqların vəziyyəti stabildir.
Ana əməliyyatdan dərhal sonra reanimasiyaya götürülüb, reanimasiyaya daxil olarkən xəstədə böyrək çatışmazlığı inkişaf edib. Xəstənin ağciyəri ödem idi. Bir neçə patologiya bir arada olduğuna görə, reanimasiyada bütün tədbirlər multidisiplinar qaydada həyata keçirildi. Reanimatoloqlar tərəfindən baxış keçirilib. Xəstəyə 6 saat ərzində ən yüksək səviyyədə Sipiar tədbirləri həyata keçirilib. Təkrar intubasiya edilib, kardiopulmanar resustasiya olundu, xəstədə ürək çatışmazlığı, ağciyər tənəffüs çatışmazlığı inkişaf etsə də, ürəyin süni, qapalı masajı və dəfələrlə defibilyasiya edildi. Bütün reanimasyon tədbirlərin keçirilməsinə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb".
Paylaş:
Müəllif : Yazar
Tarix:16-06-2021, 13:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-06-2021, 13:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti