reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda qəzalı vəziyyətdə olan iki məktəb söküləcək

reklam

Bakıda qəzalı vəziyyətdə olan iki məktəb söküləcək



2020-2021-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 22 məktəbdə tikinti, əsaslı və cari təmir işləri yerinə yetirilib.

İdarədən verilən məlumata görə, 6 məktəb üçün yeni bina və ya əlavə tədris korpusu inşa olunub.

Ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal Yaşayış Massivi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan arazilərdə 4 yeni məktəbin (Binə qəsəbəsi və Binəqədi rayonu ərazisində) tikintisi davam etdirilir.

Bir məktəbin sökülərək yenidən tikintisi tamamlanmaq üzrədir. 2 məktəbin əsaslı təmiri və əlavə korpusunun tikintisi, 1 məktəbin bərpa-gücləndirilməsi və əsaslı təmiri davam etdirilir.

Həmçinin 2 məktəbin köhnə korpuslarının sökülərək yenidən tikintisi, 2 məktəbin qəzalı binasının sökülərək yeni korpusun inşası və 1 məktəbin əsaslı təmiri nəzərdə tutulur.


Paylaş:


Müəllif : Tarix:
21-06-2021, 12:56
Sikayət   


loading...
Загрузка...