reklam
Regionxeberlericom.az » Hadisə » Bakıda məşhur kollec cərimələndi

reklam

Bakıda məşhur kollec cərimələndi



Bakı İdarəetmə və Texnologiya Kolleci cərimələnib.

Kollecə məxsus avtomobil saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Tural Ələkbərovun icraatına verilib.

Həmin maddəyə əsasən, kollec 300 manat məbləğində cərimələnə bilər.


Paylaş:


Müəllif : Tarix:
21-06-2021, 14:02
Sikayət   


loading...
Загрузка...